ABŞ-da 15 nəfər elektron siqaretlərin ("veypinq"-red) qurbanı olub.
GunAz.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatlarına istinadən "NBC News" bildirib. Qeyd edilir ki, ölkədə veypinq çəkilməsindən 800-dən çox ağ ciyər xəstəliyi faktı qeydə alınıb.
"Nebraskada "veypinq"dən ən azı 15 ölüm hadisə olub", - deyə bildirilir.
Qeyd edir ki, son ölən şəxsin yaşı 65-dən çoxdur.
Həkimlər elektron siqaretdən istifadə edərək ciyər xəstəliyindən əziyyət çəkənlərdə pnevmoniyaya oxşar - öskürəyə, çətin nəfəsalma və sinə ağrıları əlamətlərini qeydə alıblar.