SON DƏQİQƏ
» » Leysan yağışlar Tailandda 33 nəfərin ölümünə səbəb olub

Leysan yağışlar Tailandda 33 nəfərin ölümünə səbəb olub

Tarix:

16-09-2019, 23:04

/ 1 267 dəfə oxundu.
Leysan yağışlar Tailandda 33 nəfərin ölümünə səbəb olub

Tailand rəsmiləri daşqınlara məruz qalan Ko Çan adasında yollar, körpülər və evlərə ziyan dəysə də, bazar ertəsi suyun səviyyəsinin azaldığını və bərə xidmətlərinin bərpa edildiyini bildirib.

İki gün davam edən leysan yağışlar səbəbindən bazar günü Ko Çanın çökək yerlərindəki yolları və evləri su basıb, bəzi sakinlər isə sığınacaqlara yerləşdirlib.

Təlatümlü dəniz və güclü cərəyanlar bu populyar turist məkanında bərə keçidlərinin dayanmasına səbəb olub.

Rəsmilər cənub-qərb mussonunun gətirdiyi leysan yağışlarının Tailandın 32-dən çox vilayətində güclü daşqınlara səbəb olduğunu və 33 nəfərin öldüyünü bildirib.

20 mindən çox insan evakuasia edilib, bəzi bölgələrdə hələ də elektrik və təmiz su yoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ