Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində “Nur” şadlıq sarayında yanğın olması barədə məlumat daxil olub.
FHN-dən GunAz.az-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.