SON DƏQİQƏ
» » Zorla xalası oğluna ərə verildi, toy günü təcavüzə uğradı, sonra... - TÜKÜRPƏDƏN OLAY

Zorla xalası oğluna ərə verildi, toy günü təcavüzə uğradı, sonra... - TÜKÜRPƏDƏN OLAY

Tarix:

4-07-2019, 08:42

/ 2 367 dəfə oxundu.
Zorla xalası oğluna ərə verildi, toy günü təcavüzə uğradı, sonra... - TÜKÜRPƏDƏN OLAY

Türkiyənin İstanbul şəhərində tükürpədən hadis baş verib.

GunAz.az xəbər verir ki, Aynur Y. adlı 26 yaşlı qadın məcburi şəkildə 31 yaşlı xalası oğlu Yakub Y. ilə evləndirilib.

Dini nikahla xalası oğlunun evinə aparılan Aynur Y. özünü ikinci mərtəbədən ataraq intihara cəhd edib. Lakin xalasıoğlu onu yaralı olduğu halda xəstəxanaya aparmaq yerinə, evə gətirərək təcavüz edib.

Hadisənin səhəri günü anası onu həkimə aparmaq üçün bayıra çıxarıb. Avtobusa mindikdən sonra Aynur Y. qışqıraraq ətrafdakılardan yardım istəyib. Polis hadisədən xəbər tutub və onu sığınacağa yerləşdirib.

Aynur Y. xalası oğlundan bir neçə dəfə polisə şikayət etsə də, daha sonra ərizəsini geri götürməyə məcbur olub. Xalası oğlu isə bildirib ki, Aynur onu insan cildində deyil, əcaib varlıqlar formasında gördüyünü deyir.

İstanbul Baş Prokurorluğu Aynur Y.-nın ifadəsinə əsasən, cinsi təcavüz ittihamı ilə 31 yaşlı Yakub Y. haqqında həbs qərarı çıxarıb.

скачать dle 12.1

Şərhlər