SON DƏQİQƏ
» » 23 yaşlı boşanmış xanımın sinif yoldaşı tərəfindən aldadılaraq yaşadığı dəhşətlər - mütləq oxuyun!

23 yaşlı boşanmış xanımın sinif yoldaşı tərəfindən aldadılaraq yaşadığı dəhşətlər - mütləq oxuyun!

Tarix:

11-01-2019, 09:27

/ 10 273 dəfə oxundu.
23 yaşlı boşanmış xanımın sinif yoldaşı tərəfindən aldadılaraq yaşadığı dəhşətlər - mütləq oxuyun!

Azadqadin.az saytına ünvanlanan bu məktub qanımızı dondurdu. Digər xanımlar bu həyat hekayəsindən dərs çıxarıb aldanmaması, təcavüzə uğramaması üçün hər kəsin oxumasını və paylaşmasını tövsiyyə edirik... Azadqadin.az adının anonim saxlanılmasını xahiş edən xanım tərəfindən göndərilən həmin məktubu sizə təqdim edir:

"Aynur xanım (red.Aynur Qurbanqızı), tez-tez qadın taleləri paylaşırsınız. Çox düşündüm bu həyat hekayəmi, daha doğrusu başıma gələn iyrənc hadisəni yazım-yazmayım, axır çox tərəddüddən sonra qərar verdim sizinlə bölüşüm. Həm, ürəyim boşalsın, həm də başqaları yazdıqlarımdan nəticə çıxarıb ehtiyatlı olsunlar. 4 il öncə həyat yoldaşımdan ayrıldım, səbəb də anası idi, heç cür məni qəbul etmirdi. Öz qohumunu yoldaşımla evləndirmək istəyirdi. Məsələ bu deyil. Boşandıqdan 2 il sonra təsadüfən bir sinif yoldaşıma rast gəldim. Ailəmin dağıldığını bildi. Bir neçə gün sonra telefonuma bir kişinin şəklini göndərdi, dedi ki, 40 yaşı var, o da ayrılıb, tanış olun. Mənim də 23 yaşım olduğundan qəbul etmədim. Başladı israra ki, bəs, o qədər yaxşı insandır ki, mən evli olmasam, özüm ona ərə gedərəm. Sən boşanmısan subay oğlana ərə getməyəcəksən ki? Gül kimi kişidir, heç olmasa tanı, sonra qərar ver... Bu cür sözlərlə məni yola gətirdi ki, heç olmasa 1 dəfə görüşüb çay iç, tanış ol... Mən də dedim ki, tək gedə bilmərəm, onda sən də gəl. Sinif yoldaşım da razılaşdı, görüşdük, kişi də gəldi. Hər ikimiz maşına mindik. Bir az yol getdikdən sonra, sinif yoldaşım qız dedi ki, burada saxla düşüm, yarım saatlıq işim var, gəlirəm. Mən də düşmək istəyəndə, ikisi də üstümə gəldi ki, aaa, sən hara gedirsən, ayıb deyil, səni yeməyəcək ki? Mən də üzə düşüb daha qaldım. Kişidən soruşdum hansı restorana gedirik, dedi gedəndə görəcəksən narahat olma. Nə isə, istirahət evi yazılmış bir yerə gəldik. Dedim ki, mən çıxıb gedirəm, bura haradır. Dedi narahat olma, dostumun məkanıdır. Sadəcə, daha rahat olaq deyə bura gəldim, bir stəkan çay içib çıxarıq. 

Uzun danışmaq istəmirəm, dostunu da çağırıb həmin günü mənə təcavüz etdilər. Ağladım, qışqırdım xeyri olmadı. Dedilər ki, polisə də şikayət etsən, otaqda gizli kamera var, hər yerə yayacam, evdə başını kəsəcəklər. Ölmək istəyirdim, özümü çirkli, murdar hiss edirdim. Kimə danışım dərdimi, hamı məni günahkar hesab edəcəkdi. Və bununla bitmədi əzablar. Sinifyoldaşım məni şantaj edib pul istəməyə başladı. Həyatım cəhənnəm olmuşdu. Eyni zamanda təcavüz zamanı şansızlığa bax, hamilə də qalmışdım, bilən kimi abort etdirdim...

Üstündən 3 ildən çox vaxt keçib. O hadisədən psixoloji travma aldım. Onu da qeyd edim, ki, sonradan bildim sinif yoldaşım əslində əvvəldən bunu planlayıbmış, o kişilərə də 300 manat qarşılığında məni əvvəldən satıbmış. 
Aynur xanim (red.Aynur Qurbanqızı), ilk dəfədir bunu məhz sizinlə, Xoşbəxt qadınlar klubu üzvləri ilə paylaşıram. Ümumiyyətlə, ilk dəfədir bunu etiraf edirəm. Xahiş edirəm qınayanlar bir də düşünsün. Mənim günahım varmı? Axı, mənim günahım yoxdur. Mən sadəcə aldadılmış, təcavüz olunmuş 23 yaşlı bir qadınam...

скачать dle 12.1

Şərhlər