SON DƏQİQƏ

Azərbaycanın qərb bölgəsinə dolu düşdü

Tarix:

28-05-2019, 23:35

/ 203 dəfə oxundu.
Azərbaycanın qərb bölgəsinə dolu düşdü

Azərbaycanın Qərb bölgəsinə leysan yağış yağıb, dolu düşüb.

Report-un məlumatına görə, günorta saatlarından başlayaraq Gəncə şəhəri, Daşkəsən, Göygöl, Şəmkir, Samux, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonunda güclü küləklə müşahidə olunan leysan yağış yağıb. Bununla yanaşı, Gəncə, Göygöl, Gədəbəy rayonlarına dolu düşüb. Təbii hadisə zamanı kənd təsərrüfatına, o cümlədən meyvə ağaclarına ziyan dəyib. Leysan yağışlar nəticəsində Gəncə şəhərində yollarda yaranmış sel suları avtomobillərin hərəkətində qismən çətinliklər yaradıb.

Tovuz, Ağstafa, Qazax rayonuna yağan güclü yağış səbəbindən Bakı-Qazax avtomagistral yolunun bu ərazidən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində qismən çətinliklər ortaya çıxıb.

Günorta saatlarında güclü yağış səbəbindən Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hazırda bölgədə şimşək çaxır, güclü külək əsir, yağıntılı hava şəraiti davam edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ