SON DƏQİQƏ
» » Balakəndə keçmiş məhkumun evindən narkotik tapılıb

Balakəndə keçmiş məhkumun evindən narkotik tapılıb

Tarix:

12-04-2019, 09:48

/ 10 228 dəfə oxundu.
Balakəndə keçmiş məhkumun evindən narkotik tapılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan GunAz.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Talalar kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş 53 yaşlı Çingiz Yolçuyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri, eləcə də 790 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

скачать dle 12.1

Şərhlər