SON DƏQİQƏ
» » Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Tarix:

6-09-2018, 17:36

/ 10 224 dəfə oxundu.
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan GunAz.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şıxsalahlı kənd sakini Mədət Hacıyev saxlanılıb. 

Onun həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 14 çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər