SON DƏQİQƏ

Narkotik vasitəsi saxlayan şəxs tutulub

Tarix:

27-02-2018, 16:17

/ 4 714 dəfə oxundu.
Narkotik vasitəsi saxlayan şəxs tutulub

Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Gunaz.az -a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Şirvan şəhər sakini İlkin Əskərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bükümdə narkotik vasitə hesab olunan ümumi çəkisi 256,816 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ