SON DƏQİQƏ
» » Azərbaycanda uçqun - "Azərsu"nun əməkdaşları torpaq altından çıxarıldı

Azərbaycanda uçqun - "Azərsu"nun əməkdaşları torpaq altından çıxarıldı

Tarix:

9-04-2019, 21:20

/ 10 203 dəfə oxundu.
Azərbaycanda uçqun - "Azərsu"nun əməkdaşları torpaq altından çıxarıldı

Ucar rayonunda təmir işləri zamanı baş verən uçqun nəticəsində palçıq kütləsinin altında qalan iki nəfərin “Azərsu” ASC əməkdaşları olduğu məlum olub.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Report-a açıqlamasında deyib:

“Ucar şəhərində kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı 2 əməkdaş xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur. Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ