SON DƏQİQƏ

General evində ölü tapıldı

Tarix:

26-03-2019, 19:33

/ 10 313 dəfə oxundu.
General evində ölü tapıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ehtiyatda olan general-mayoru Moskvadakı evində ölü tapılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, general Rusiya paytaxtının şərqindəki evində yaşayıb. Orada FTX-nin onun adına olan pensiya kartı tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
General-mayorun evində "Glock” və "Brauninq” markalı tapançalar, travmatik tapança, ov tüfəngi və 150 patron da aşkarlanıb.
Onun adı açıqlanmasa da, təqribən 60 yaşında olduğu deyilir. Ölən şəxsin artıq yaxın qohumları da tapılıb. Meyiti onun qohumlarından biri tapıb. 
Hazırda hüquq-mühafizə orqanları generalın nədən öldüyünü dəqiqləşdirirlər.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ