SON DƏQİQƏ
» » Bakıda yataqxanada YANĞIN - Xəsarət alanlar var

Bakıda yataqxanada YANĞIN - Xəsarət alanlar var

Tarix:

6-03-2019, 08:25

/ 10 291 dəfə oxundu.
Bakıda yataqxanada YANĞIN - Xəsarət alanlar var

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

"Report"un verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda, Malik Məmmədov 12 ünvanında, 23:30 radələrində yataqxana binasının 3-cü mərtəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikaları, habelə təcili yardım maşınları cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, yanğına səbəb binanın elektik xətlərindəki qısaqapanma olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ