SON DƏQİQƏ
» » Sumqayıtda dəhşətli hadisə- Həkim özünü doğradı

Sumqayıtda dəhşətli hadisə- Həkim özünü doğradı

Tarix:

19-02-2019, 19:07

/ 10 516 dəfə oxundu.
Sumqayıtda dəhşətli hadisə- Həkim özünü doğradı

Hadisə fevralın 16-da şəhərin Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı xəstəxanada baş verib. Bildirilir ki, 5 aylıq hamilə olan 1978-ci il təvəllüdlü Nuriyevə Çinarə Yadulla qızı abort üçün xəstəxanaya müraciət edib.

Sözügedən xəstəxanaya Sumqayıt şəhər 3 saylı qadın məsləhətxanasının həkimi Gülnarə Təkləvi gəlib və qadını abort edəcəyini boynuna götürüb. Nəticədə iki uşaq anası olan Ç. Nuriyeva əməliyyat masasında dünyasını dəyişib.

Həkim G. Təkləvi bu hadisədən affekt vəziyyətinə düşüb, canına qəsd etməyə cəhd edərək qollarını doğrayıb. Həkim xəstəxanaya yerləşdirilib.

Sumqayıt Səhiyyə şöbəsinin müdir əvəzi Səkinə Sadıxova Xeberle.com-a açıqlamasında faktı təsdiq edib:

"Hadisə fevralın 16-da axşam saatlarında olub. Birbaşa hüquq mühafizə orqanlarının müşayiəti ilə mərhumun nəşi Bakıda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Ekspertizanın rəyindən sonra qadının ölüm səbəbləri məlum olacaq".

Hadisədən sonra 1978-ci il təvəllüdlü Ç.N.-ni abort edən həkim Gülnarə Təkləvi işdən uzaqlaşdırılıb.

Bununla bağlı Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İstintaq yekununda həkimin təqsiri təsdiqlənərsə, ona müvafiq cəza veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ