SON DƏQİQƏ
» » Sumqayıtda həkim xəstəni “ipoteka” sözünə görə döydü

Sumqayıtda həkim xəstəni “ipoteka” sözünə görə döydü

Tarix:

29-09-2018, 19:59

/ 10 335 dəfə oxundu.
Sumqayıtda həkim xəstəni “ipoteka” sözünə görə döydü

Sumqayıt şəhərində diş həkimi xəstəsini döyüb.

GunAz.az xəbər verir ki, Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Sərvər Qüdrət oğlu Abışov adı hələlik istintaqa məlum olmayan diş həkimi tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Yaralı diş həkimindən ona kreditlə (hissə-hissə ödəməklə) diş qoymasını tələb edib. Ancaq “kredit” əvəzinə “ipoteka” kəlməsini işlədib. Bu da diş həkiminin əsəbləşməsinə səbəb olub və tərəflər arasında mübahisə yaranıb. Nəticədə həkim Sərvər Abışovu döyərək ağır xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır. (Report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ