SON DƏQİQƏ
» » Sumqayıtda polis əməkdaşı ağır yol qəzasına düşdü

Sumqayıtda polis əməkdaşı ağır yol qəzasına düşdü

Tarix:

25-03-2018, 21:26

/ 10 289 dəfə oxundu.
Sumqayıtda polis əməkdaşı ağır yol qəzasına düşdü

Sumqayıt şəhərində bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Elbəy Nadir oğlu Məmmədov Sumqayıt şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində ağır yaralanıb.

O, dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, E.Məmmədovun vəziyyəti ağır olduğu üçün o, dərhal Bakı şəhərinə göndərilərək Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

E.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ