
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Smolensk meydanındakı binasında əməkdaşlardan birinin cəsədi tapılıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Oleq Krivtsov adlı işçinin cəsədi binanın 19-cu mərtəbəsinin tualetində xadimə tərəfindən tapılıb. Krivtsovun ürəktutmasından öldüyü ehtimal edilir.
Qeyd edək ki, 68 yaşlı Oleq Krivtsov nazirliyin silahların yayılmasının qarşısının alınması və nəzarət edilməsi departamentinin baş məsləhətçisi kimi işləyib.