SON DƏQİQƏ

Misirdə qum fırtınası - 5 ölü, 29 yaralı

Tarix:

17-01-2019, 09:27

/ 10 230 dəfə oxundu.
Misirdə qum fırtınası - 5 ölü, 29 yaralı

Misirin müxtəlif şəhərlərində qum fırtınası hökm sürür.

GunAz.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, fırtına səbəbindən Kefr Şeyx şəhərində avtobusun aşması nəticəsində 4 nəfər ölüb, Süveyş şəhərində isə 27 nəfər xəsarət alıb.

Port Səid şəhərində isə güclü külək bir binanın bəzi hissələrini uçurub. Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Beləliklə, fırtınanın səbəb olduğu hadisələrdə ümumilikdə 5 nəfər ölüb, 29 nəfər yaralanıb.

İsmailiyyə şəhərində isə küləyin elektrik naqillərini qoparmasına görə 5 evdə yanğın olub. Lakin, ölən və ya yaralananlar barədə məlumat verilməyib.

Bunlardan başqa, Süveyş, Zeytiyat, Rəşid və Burullus limanlarının fəaliyyəti dayandırılıb.

Qatı qum görmə məsafəsini azaldığı üçün Qahirə və Əs-Səid şəhərlərində qəzaların qarşısını almaq məqsədilə magistral yollar bağlanıb.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ