SON DƏQİQƏ
» » Qazaxda ekskavator pulemyotlardan atəşə tutuldu - Foto

Qazaxda ekskavator pulemyotlardan atəşə tutuldu - Foto

Tarix:

12-01-2019, 15:13

/ 10 294 dəfə oxundu.
Qazaxda ekskavator pulemyotlardan atəşə tutuldu - Foto

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqa­mətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs re­ji­minin pozulması halları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətindən GunAz.az-a verilən məlumata görə, 12 yanvar tarixində saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən ida­rə olunan ekskavatora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pulemyotundan atəş açılıb, nəticədə 6 güllə ekskovatorun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qazaxda ekskavator pulemyotlardan atəşə tutuldu - Foto

 

скачать dle 12.1

Şərhlər