SON DƏQİQƏ
» » Qatil türkiyəli qızları öldürüb, iki gün cəsədlərlə qalıb

Qatil türkiyəli qızları öldürüb, iki gün cəsədlərlə qalıb

Tarix:

5-01-2019, 18:04

/ 10 245 dəfə oxundu.
Qatil türkiyəli qızları öldürüb, iki gün cəsədlərlə qalıb

Ukraynanın Xarkov şəhərində 20 və 22 yaşlarında olan Türkiyə vətəndaşları iki tələbə qızın başları kəsilərək qətlə yetirilməsi ilə bağlı yeni detallar üzə çıxıb. 

GunAz.azTürkiyə KİV-ə istinadən xəbər verir ki, Buket Yıldız və Zeynəb Hüsünbeyini öldürən şəxsin kimliyi açıqlanıb. 

Qatil Yıldızın keçmiş sevgilisi, “Rinkov” kimi tanınan qətl şübhəlisi Hüsnü Can Ç. adlı şəxsdir. 

Sosial şəbəkədə Yıldızla Hüsnünün birlikdə olan zaman çəkilən fotoları paylaşılıb:

O, yanvarın 2-si səhər saatlarında Yıldızın evdə olmamasından istifadə edərək, onların yaşadığı mənzilə daxil olub. Buket Yıldız evə gələn zaman qatil onu öldürüb. Daha sonra şahid saxlamamaq üçün evdə gözləyib və Zeynəb Hüsünbeyini də qətlə yetirib. 

Hüsnü Can qətli törətdikdən sonra iki gün cəsədlərin yanında qalıb və yanvarın 3-ü axşam saatlarında Türkiyəyə qayıdıb. 

Polis şübhəli şəxsin sosial media hesabını araşdıran zaman onun “Criminal Case” video-oyunu ilə maraqlandığını aşkarlayıb. 

Hüquq-mühafizə orqanları həmin şəxsin axtarışlarına başlayıb. 

Xatırladaq ki, qatil əvvəlcə qızları bıçaqlayıb, daha sonra isə başlarını kəsib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ