SON DƏQİQƏ
» » Azərbaycan xalçaçılığını təbliğ edən amerikalı ailəni çoban öldürüb

Azərbaycan xalçaçılığını təbliğ edən amerikalı ailəni çoban öldürüb

Tarix:

9-07-2018, 17:15

/ 10 382 dəfə oxundu.
Azərbaycan xalçaçılığını təbliğ edən amerikalı ailəni çoban öldürüb

Gürcüstanın Duşeti bölgəsində meyitləri tapılan ABŞ vətəndaşı Rayn Smit və onun həyat yoldaşı Laura Smitin öldürüldüyü məlum olub. 

Oxu.Az “Kviris palitra” nəşrinə istinadla xəbər verir ki, onları qətlə yetirən 19 yaşlı çoban olub.

O saxlanılıb.

İlkin ehtimallara görə, qatil əvvəlcə uşağın atasını öldürüb, sonra anasını şəlalədən aşağı atıb, sonda isə uşağı qətlə yetirib.

Qeyd edək ki, R.Smit Gürcüstanda “ReWoven” layihəsinin təsisçisi və rəhbəri olub. Layihənin əsas məqsədi Gürcüstanda Azərbaycan xalçaçılıq ənənələrinin bərpası və tanıdılması olub.

Rayn və Laura Smit, eləcə də cütlüyün 4 yaşlı oğlan övladı iyulun 6-da torpaq sürüşməsindən sonra yoxa çıxıb. Axtarışlar zamanı iyulun 7-də onların cəsədləri aşkarlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ