SON DƏQİQƏ

İbtidai istintaq başa çatıb-LİFT CİNAYƏTİ

Tarix:

14-12-2018, 11:09

/ 10 319 dəfə oxundu.
İbtidai istintaq başa çatıb-LİFT CİNAYƏTİ

Bakıda liftin düşməsi nəticəsində xadimənin ölməsinə görə həbs edilən “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti idarə heyətinin sədri Soltanməcid Əzizov və Çingiz Şıxəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

GunAz.az xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

Soltanməcid Əzizov və Çingiz Şıxəliyev Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

İttihama görə, bu il oktyabrın 4-də, saat 12.00-da paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri Soltanməcid Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Soltanməcid Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Daha sonra Çingiz Şıxəliyev də saxlanılıb.

скачать dle 12.1

Şərhlər