SON DƏQİQƏ
» » Azərbaycanda 2 məktəbdən silah-sursat tapıldı

Azərbaycanda 2 məktəbdən silah-sursat tapıldı

Tarix:

12-12-2018, 13:17

/ 10 284 dəfə oxundu.
Azərbaycanda 2 məktəbdən silah-sursat tapıldı

Gəncə şəhər 7 saylı tam orta məktəbin zirzəmisindən xeyli patron tapılıb.

GunAz.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Kəpəz RPİ-nin əməkdaşları tərəfindən Gəncə şəhər 7 saylı tam orta məktəbin zirzəmisində 161 ədəd 7,62 çaplı istifadəyə yararsız patron tapılıb və ANAMAya təhvil verilib.

Oxşar hadisə Ağcabədi rayonunda da qeydə alınıb. Daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən Qaradolaq kəndi ərazisində yerləşən 1 saylı tam orta məktəbin inzibati binasında 2 ədəd “TM-62” markalı təlim tipli tank əleyhinə mina tapılıb. Mərmilər ANAMA-ya təhvil verilib.

скачать dle 12.1

Şərhlər