SON DƏQİQƏ

Avtomobil iki qadın piyadanı vurdu

Tarix:

10-12-2018, 16:44

/ 10 262 dəfə oxundu.
Avtomobil iki qadın piyadanı vurdu

Balakəndə yolu keçmək istəyən iki qadını avtomobil vurub.

GunAz.az xəbər verir ki, hadisə günorta saatlarında Balakən şəhər ərazisində baş verib.

Balakən rayon sakini idarə etdiyi “Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar, rayonun Qaravəli kənd sakinləri - 2000-ci il təvəllüdlü Əfsanə Ziyaviddin qızı Qurbanova və Fatimə Ramazan qızı Rəsulovanı vurub. Yaralılar dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Ə.Qurbanovaya qapalı kəllə-beyn travması və beyin silkələnməsi dioqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində, F.Rəsulovanın müalicəsi isə Cərrahiyyə şöbəsində aparılır. 

Ə.Qurbanova və F.Rəsulovanın yaxın qohum, gəlin-baldız olduğu bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ