SON DƏQİQƏ
» » Bakıya həkimə gəlmiş şəxs qatarda dünyasını dəyişdi - Hadisə

Bakıya həkimə gəlmiş şəxs qatarda dünyasını dəyişdi - Hadisə

Tarix:

8-12-2018, 13:46

/ 10 343 dəfə oxundu.
Bakıya həkimə gəlmiş şəxs qatarda dünyasını dəyişdi - Hadisə

Bakıdan qatarla Qaxa gedən sərnişin dünyasını dəyişib.

Məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarında baş verib.

Qax rayonunun Qum kənd sakini, 1961-ci il təvəllüdlü Tərlan Məmməd oğlu Mahmudov anidən dünyasını dəyişib. Hadisə ilə bağlı Qax rayonu, Kötüklü stansiyasına Təcili Tibbi Yardım maşını cəlb olunub.

Təcili Tibbi Yardımdan verilən məlumata görə, onlar hadisə yerinə getdikdə artıq T.Mahmudov ölmüş vəziyyətdə olub. Ölümə səbəb kimi kəskin ürək çatışmazlığı göstərilir.

57 yaşlı T.Mahmudov ürəyində yaranan narahatlıqla bağlı 2 gün öncə Bakı şəhərinə müayinəyə gedibmiş.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ