SON DƏQİQƏ

Şamaxıda kişi facəvi şəkildə öldü

Tarix:

9-07-2018, 10:12

/ 10 284 dəfə oxundu.
Şamaxıda kişi facəvi şəkildə öldü

Şamaxıda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

GunAz.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Göylər kəndində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Bəxtiyar Həmid oğlu Hacıyev avtomobilinin şininə hava doldurarkən o partlayıb. Yüksək təziq nəticəsində şindən ayrılan disk onun üz nahiyəsinə çırpılıb.

O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. B.Hacıyevin vəziyyəti ağır olduğundan o, Təcili Tibbi yardım avtomobili ilə paytaxta göndərilsə də yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ