SON DƏQİQƏ
» » Paytaxtda avtomobil süpürgəçi qadını vurdu - Vəziyyəti ağırdır

Paytaxtda avtomobil süpürgəçi qadını vurdu - Vəziyyəti ağırdır

Tarix:

6-12-2018, 12:20

/ 10 251 dəfə oxundu.
Paytaxtda avtomobil süpürgəçi qadını vurdu - Vəziyyəti ağırdır

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.GunAz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ