SON DƏQİQƏ
» » 216 cinayət faktından 30-u “isti izlər”lə açıldı - Rəsmi

216 cinayət faktından 30-u “isti izlər”lə açıldı - Rəsmi

Tarix:

26-11-2018, 09:45

/ 10 240 dəfə oxundu.
216 cinayət faktından 30-u “isti izlər”lə açıldı - Rəsmi

Daxili İşlər Nazirliyi son iki gün ərzində cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlayıb.

GunAz.az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 216 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ