SON DƏQİQƏ

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 8 nəfər...

Tarix:

25-11-2018, 15:53

/ 10 275 dəfə oxundu.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 8 nəfər...

Hacıqabul rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

GunAz.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının 125-ci kilometrliyində, Hacıqabul şəhərinin çıxışında qeydə alınıb.

07-EG-547 dövlət qeydiyyat nişanlı "Mercedes Vita" markalı mikroavtobusda 90-DA-004 dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 6-sı ağır olmaqla 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar 3-ü reanimasiya şöbəsinə olmaqla Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Zərərçəkmişlərdən hələ ki, 5-nin adı məlumdur. Bunlar Bakı sakinləri - 1991-ci il təvəllüdlü Köçəliyeva Elnarə Əhməd qızı, 1968-ci il təvəllüdlü Pirişova Rübabə Şahlar qızı, 1981-ci il təvəllüdlü Mikayılova Samirə Hacıbala qızı, 1986-cı il təvəllüdlü Tağızadə Şəhla Firdovsi qız və 1967-ci il təvəllüdlü Həsənova Yaqut İlham qızıdır.

Digərlərinin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ