SON DƏQİQƏ
» » Hacıqabulda yol qəzasında tibb bacısı və qızı xəsarət alıb

Hacıqabulda yol qəzasında tibb bacısı və qızı xəsarət alıb

Tarix:

26-03-2018, 09:00

/ 10 290 dəfə oxundu.
Hacıqabulda yol qəzasında tibb bacısı və qızı xəsarət alıb

Hacıqabul rayonunda baş vermiş yol qəzası nəticəsində ana və qızı xəsarət alıb.

Gunaz.az “Report”a istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində Şirvan şəhər sakini, Şirvan Diaqnostika Mərkəzinin 1967-ci il təvəllüdlü tibb işçisi Hüseynova Arzu İbiş qızı və onun 1990-cı il təvəllüdlü qızı Səlimova Fəridə Eldar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ana-bala Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, ilk tibbi yardımdan sonra A.Hüseynova Travmatologiya şöbəsinə yerləşdirilib, qızı isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ