SON DƏQİQƏ

Bakının mərkəzində restoran yandı

Tarix:

30-10-2018, 20:29

/ 10 300 dəfə oxundu.
Bakının mərkəzində restoran yandı

Səbail rayonunda ticarət mərkəzi kimi fəaliyyət göstərən ikimərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a bildiriblər ki, yanğın binanın zirzəmisində ümumi sahəsi 150 kvadratmetr olan restoranda qeydə alınıb. Hadisə nəticəsində restoranın 30 kvadratmetri yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ