SON DƏQİQƏ
» » Bakıda restoranda yanğın olub - Rəsmi məlumat

Bakıda restoranda yanğın olub - Rəsmi məlumat

Tarix:

10-10-2018, 17:49

/ 10 292 dəfə oxundu.
Bakıda restoranda yanğın olub - Rəsmi məlumat

Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamalda restoranda baş verən yanğınla bağlı məlumat yayıb.

GunAz.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Bakının Yasamal rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan restoranın mətbəxinin taxtadan ibarət tavanı 4 kv.m sahədə və havatəmizləyici qurğuda yağ qalıqları yanıb.

 Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, hadisə metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında, "Qoç ət" restoranında qeydə alınıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ