SON DƏQİQƏ

Bakıda yaşayış binasında yanğın olub

Tarix:

29-08-2018, 17:48

/ 10 226 dəfə oxundu.
Bakıda yaşayış binasında yanğın olub

Bakının Nizami rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a verilən məlumata görə, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 kv.m sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 9 kv.m sahədə və məişət əşyası əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ