SON DƏQİQƏ

Zərdabda yol qəzası - 1 nəfər öldü

Tarix:

24-10-2018, 09:28

/ 10 400 dəfə oxundu.
Zərdabda yol qəzası - 1 nəfər öldü

Zərdab rayonunda “Belarus” markalı traktorla “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Bu haqda GunAz.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1964-cü il təvəllüdlü Əhmədov Əjdər Şəmkir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

скачать dle 12.1

Şərhlər