SON DƏQİQƏ

Qanunsuz saxlanılan silah-sursat götürülüb

Tarix:

22-10-2018, 14:14

/ 10 318 dəfə oxundu.
Qanunsuz saxlanılan silah-sursat götürülüb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN-dən GunAz.az -a verilən xəbəər görə, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Rafiq Səmədov müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə, Salyan rayonunun Noxudlu kənd sakini Müzəffər Feyzullayev isə müvafiq sənədləri olmayan “İJ-18 E” markalı ov tüfəngini RPŞ-yə təhvil verib.

​Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Əlirzalı kənd sakini Sədrəddin Salahovdan müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülüb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ