SON DƏQİQƏ

Tərtərdə avtoqəza: Bir nəfər öldü

Tarix:

18-10-2018, 18:42

/ 10 461 dəfə oxundu.
Tərtərdə avtoqəza: Bir nəfər öldü

Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudov yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

GunAz.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 17-də saat 13 radələrində Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudovun idarə etdiyi “VAZ-21154” və Mingəçevir şəhər sakini Sübhi Abbasovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Mahmudov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər