SON DƏQİQƏ
» » Azov dənizində gəmi batmaqdan xilas edildi - İçində azərbaycanlı da olub

Azov dənizində gəmi batmaqdan xilas edildi - İçində azərbaycanlı da olub

Tarix:

11-10-2018, 08:47

/ 10 297 dəfə oxundu.
Azov dənizində gəmi batmaqdan xilas edildi - İçində azərbaycanlı da olub

Azov dənizinin Krım yarımadası ərazisinə düşən Kerçenski boğazında Toqo bayrağı altında üzən “Nila” adlı yük gəmisi deşilib.

GunAz.az “Report”a istinadən xəbər verir ki, 3 min ton kömür daşıyan gəmidə 11 heyət üzvü olub. Onlardan 10-u ukraynalı, biri isə azərbaycanlıdır.

Məlumata görə, kapitanın qərarı ilə, xilasetmə əməliyyatı aparılmayıb.

7 nəfər sərhəd gəmisinin göyərtəsinə keçib. Yük gəmisi göyərtəyə dolmuş suyun nasosla çəkilməsi və korpusun germetizasiyası üçün öz gedişi ilə sahilə doğru üzüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ