SON DƏQİQƏ
» » Türk gəmisi batır - İçərisində 13 nəfər var

Türk gəmisi batır - İçərisində 13 nəfər var

Tarix:

17-06-2018, 17:18

/ 10 398 dəfə oxundu.
Türk gəmisi batır - İçərisində 13 nəfər var

Xorvatiyada Türkiyəyə məxsus gəmi batır

Publika.az xəbər verir ki, hadisə Yabuka adası sahillərində qeydə alınıb. Üzərində Türkiyə bayrağı asılmış yük gəmisinin batmağa başladığı bildirilib.

İlkin məlumatlara görə, gəminin ekipajında 13 nəfər olub. Sahil xilasediciləri tərəfindən heyət üzvündən 8-i sahilə çıxardılıb.

Türkiyə tərəfi hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, sözügedən ərazidə "Haksa" adlı 85 metr uzunluğunda gəmi yaranan nasazlıq səbəbindən batmaq üzrədir. Gəmidə 11 türk, 2 Hindistan vətəndaşı var.

Gəminin batmasının qarşısını almaq məqsədilə tədbir görülür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ