SON DƏQİQƏ
» » Qatar qəzasında dünyasını dəyişənlər kimdir?

Qatar qəzasında dünyasını dəyişənlər kimdir?

Tarix:

2-10-2018, 16:20

/ 10 309 dəfə oxundu.
Qatar qəzasında dünyasını dəyişənlər kimdir?

Dünən Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 42 nəfər sərnişindən 33-ü yaralanıb, 13 yaşlı məktəbli və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu dünyasın dəyişib.

GunAz.az qəza nəticəsində dünyasını dəyişən şəxslərin kimliyini sizlərə təqdim edir.

Məlum olub ki, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu Abşeron Binə Peşə Liseyində müəllim işləyib. O, uzun illərdir liseydə xüsusi fənlər (traktor və avtomobillər) üzrə dərs deyib. Ş.Əliyev yaşının çox olmasına baxmayaraq subay olub, övladı olmayıb. Nizam-intizamlı müəllim olub.

Dünyasını dəyişən 13 yaşlı Yusif Tahir oğlu Dadaşzadə Bakının Xəzər rayonu 218 saylı məktəbinin 7-ci sinif şagirdi olub. O, ailənin tək övladı olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ