SON DƏQİQƏ

Masallı sakinini ildirim vuraraq öldürüb

Tarix:

31-05-2018, 18:11

/ 10 579 dəfə oxundu.
Masallı sakinini ildirim vuraraq öldürüb

Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb. 

Gunaz.az APA-ya istinadən xəbər verir ki, rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə dörd gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.

Qəbiristanlıqda telefonla danışan F.Həsənovu ildırım vurub. Ətrafdakıların köməyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yüngül xəsarətlər alan E. Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

скачать dle 12.1

Şərhlər