SON DƏQİQƏ

Qızıl oğruları tutuldu

Tarix:

2-10-2018, 10:38

/ 10 293 dəfə oxundu.
Qızıl oğruları tutuldu

Sentyabrın 23-ü axşam saatlarında Naftalan şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən  ümumi dəyəri təxminən 11 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb.

GunAz.az DİN-ə istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri - əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Səbuhi Səmədov və Ruslan Əsgərov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər əməllərini etiraf etməklə bərabər ələ keçirdikləri “qənimətləri” də istintaqa təhvil veriblər.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bundan bir qədər əvvəl Ruslan Əsgərov Goranboy rayonunun Balakürd kəndində yaşayan bibisinin evində heç kim olmadığı və mənzildə xeyli miqdarda qızıl-zinət əşyasının olması barədə dostuna danışdıqdan sonra tərəflər həmin mənzildən oğurluq etməyi qərarlaşdırıblar və oradan 15 min manatlıq qızıl zinət əşyası, 1500 manat pulu ələ keçiriblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ