SON DƏQİQƏ

20 minlik qızıl oğurladılar

Tarix:

3-09-2018, 09:26

/ 10 277 dəfə oxundu.
20 minlik qızıl oğurladılar

Avqustun 30-da Balakən Rayon Polis Şöbəsinə  ərizə ilə müraciət edən rayon sakini ona  məxsus evdən 29 ədəd müxtəlif qızıl-zinət əşyalarının  oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan GunAz.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. 

Araşdırmalar zamanı mənzildən ümumi dəyəri 20 min manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin kimliyi müəyyən edilib və onlar  saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. 

Qızıl-zinət əşyalarını qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək gizli yolla talayıb, oğurlayan şəxslərin Balakən rayonunun İtitala kənd sakinləri Natiq Həsənov və Nuri Şabanov olduğu müəyyən edilib, oğurladıqları qızıl-zinət əşyaları da polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ