SON DƏQİQƏ
» » Mübahisə etdilər, sevgilisinin üstünə benzin töküb yandırdı

Mübahisə etdilər, sevgilisinin üstünə benzin töküb yandırdı

Tarix:

28-09-2018, 10:35

/ 10 293 dəfə oxundu.
Mübahisə etdilər, sevgilisinin üstünə benzin töküb yandırdı

Bursada sevgilisindən ayrılmaq istəməyən kişi qadının üzərinə benzin tökərək yandırıb.

GunAz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ciddi yanıq xəsarətləri alan Şengül Vətənsevər yol kənarında tapılıb. Onu tapanlar təcili yardıma zəng vurub. Xəstəxanada özünə gələn Şengül ilk ifadəsində sevgilisi Ü.V. ilə maşında mübahisə etdiyini, daha sonra sevgilisi tərəfindən üstünə benzin tökülərək yandırıldığını bildirib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, yanmış qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerindən qaçan şübhəli isə avtomobil qəzasına uğrayıb və başından ciddi zədə alıb.

Hazırda şübhəli yerli xəstəxanalardan birində reanimasiyadadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ