SON DƏQİQƏ

Qadın özünü yandırdı səbəbi isə...

Tarix:

16-02-2018, 09:44

/ 1 078 dəfə oxundu.
Qadın özünü yandırdı səbəbi isə...

Ötən gün 1984-cü il təvəllüdlü Alışova Şəbnəm Alış qızı özünü yandırıb.

Gunaz.az əldə etdiyi məlumata görə, 34 yaşlı qadın yaşadığı Yasamal rayonu, Abbas Mirzə Şəridzadə küçəsindəki mənzilində üzərinə benzin tökərək özünü yandırıb. Yanan qadın Respublika Yanıq Mərkəzinə aparılıb. Mərkəzin baş həkimi Şöhrət Məmmədovun  verdiyi məlumata görə, qadının bədəninin 85 faizi yanıb, vəziyyəti çox ağırdır. 

İlkin araşdırmalar zamanı məlum olub ki, qadın, həyat yoldaşı Tağıyev Vuqar Hüseynağa oğlu ilə mübahisə edib və bu səbəbdən də özünü yandırmağa qərar verib. 

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb və kişinin izahatı alınıb.

скачать dle 12.1

Şərhlər