SON DƏQİQƏ

Oğuzda körpəni it dişləyib

Tarix:

27-09-2018, 19:13

/ 10 259 dəfə oxundu.
Oğuzda körpəni it dişləyib

Oğuz rayonunda üç yaşlı uşağı it dişləyib.

GunAz.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Astrxanovka kəndində qeydə alınıb.

Belə ki, bu gün səhər saatlarında kənd sakini, 2015-ci il təvəllüdlü Bəxtiyar Orxan oğlu Mustafayev it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan “Report”a bildirilib ki, it B.Mustafayevin üst dodağını dişləyib. Onun dodağına iki tikiş qoyulub. Körpəyə digər lazımi tibbi yardımlar göstərildikdən sonra quduzluq əleyhinə peyvənd vurularaq ambulator müalicə almaq şərtilə evə buraxılıb.

скачать dle 12.1

Şərhlər