SON DƏQİQƏ

Şəkidə 7 yaşlı oğlanı it dişləyib

Tarix:

3-05-2018, 09:30

/ 10 302 dəfə oxundu.
Şəkidə 7 yaşlı oğlanı it dişləyib

Şəkidə 7 yaşlı oğlanı it dişləyib.

Gunaz.az-ın Apa-ya istinadən məlumatına görə, mayın 2-də saat 20.00 radələrində rayonun Bideyiz kənd sakini, 2011-ci il təvəllüdlü Təbriz Tural oğlu Şirinli it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, Təbriz Şirinliyə yaşadığı kəndin ərazisində sahibsiz itin hücum edərək sol əlinin iç səthini və ayağın bud nahiyəsini dişlədiyi müəyyənləşib. Azyaşlıya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ