SON DƏQİQƏ

Avtomobil ağaca çırpıldı: 1 nəfər ölüb

Tarix:

25-09-2018, 14:40

/ 10 294 dəfə oxundu.
Avtomobil ağaca çırpıldı: 1 nəfər ölüb

Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən GunAz.az-a verilən məlumata görə, sentyabrın 24-də saat 4 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində şəhər sakini Rizvan Əliyev idarə etdiyi "Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə R.Əliyevin sərnişini, həmyerlisi Afaq Qocayeva hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər