SON DƏQİQƏ
» » Sükan arxasında yatdı və qəza törətdi - 2 yaralı

Sükan arxasında yatdı və qəza törətdi - 2 yaralı

Tarix:

25-09-2018, 09:30

/ 10 330 dəfə oxundu.
Sükan arxasında yatdı və qəza törətdi - 2 yaralı

Şəmkir şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

GunAz.az-ın "Report"a istinadən məlumatına görə, 1957-ci il təvəllüdlü yerli sakin Nağıyev Mehdi Kamil oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil şəhərdəki otellərdən birinin qarşısında "VAZ-21099" ilə toqquşub.

Nəticədə hər iki sürücü xəsarət alıb. K.Nağıyevin aldığı xəsarət ciddi olduğundan o, xəstəxanaya yerləşdirilib. Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, hadisəyə sürücü K.Nağıyevin avtomobili yuxulu halda idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ