Tovuz rayon sakini ağacdan yıxılıb.
GunAz.az xəbər verir ki, Hadisə rayonun M.Musayev küçəsində baş verib.
Həmin küçədə yaşayan, 1968-ci il təvəllüdlü Mustafayev Əlibala Qoca oğlu həyətlərində meyvə yığarkən ağacdan yıxılıb.
Ə.Musayev ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.