SON DƏQİQƏ

35 yaşlı kişi faciəvi şəkildə öldü

Tarix:

11-09-2018, 12:53

/ 10 261 dəfə oxundu.
35 yaşlı kişi faciəvi şəkildə öldü

Şəmkir rayonunda faciəvi hadisə baş verib.

GunAz.az  xəbər verir ki, rayonun Keçili kəndi ərazisində Qazax istiqamətində hərəkət edən yük qatarı Çaparlı kənd sakini, 1983-cü il təvəllüdlü Balayev Qalib Xudaverdi oğlunu vurub.

Hadisə vaxtı qatar həyəcan siqnalı verərək tormozlasa da, Q.Balayev relslərin arasından uzaqlaşa bilməyib və elektrovoza çırpılaraq hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb, zəruri ekspertizalar təyin edilib və ilkin ifadələr alınıb.

скачать dle 12.1

Şərhlər