SON DƏQİQƏ
» » Oğurladıqları evi yandıran dəstə ələ keçdi

Oğurladıqları evi yandıran dəstə ələ keçdi

Tarix:

10-09-2018, 12:43

/ 10 452 dəfə oxundu.
Oğurladıqları evi yandıran dəstə ələ keçdi

Neftçala rayon sakini Rəşad Səlimov rayon polis şöbəsinə müraciət edərək yaşadığı evdən 100 manat və 4000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

DİN-dən GunAz.az -a bildiriblər ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Eldar Tağıyev, Ramin Rütəmov və qardaşı Taleh saxlanılıblar.

İstintaqın gedişi zamanı dəstə üzvlərinin cari ilin iyul-sentyabr ayları ərzində rayon ərazisində daha 5 evdən oğurluq etdikləri məlum olub. Qeyd edək ki, dəstə üzvləri oğurluğa daxil olduqları evlərdən ikisini izi itirmək məqsədi ilə yandırıblar. Oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları isə satılaraq dəstə üzvləri arasında bölünüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

скачать dle 12.1

Şərhlər